“Hamı ABŞ yığmasının təcrübəsiz olduğunu düşünür”

“Hamı ABŞ yığmasının təcrübəsiz olduğunu düşünür”

ABŞ yığmasının qapıçısı Tim Hovard millimizlə yoldaşlıq görüşü öncəsi açıqlama verib. O, yerli mətbuata yığma komandası haqqında danışıb: "Gənc komandamız var. Düşünürəm ki, 2010-cu ildəki komandadan daha güclüyük. Hamı ABŞ yığmasının təcrübəsiz olduğunu düşünür. Əslində, belə deyil. Komandadan olan gənc futbolçular uğur qazanmaq üçün alışıb-yanırlar. Millimizdə yaxşı hücumçular var. Biz onların necə oynadığını bilirik. Kollektiv oyun bizi daha da güclü edir. Qarşıdakı oyunlar da bunu göstərəcək. Bizi atletik komanda adlandırmaq olar”.