"Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalında qarşılaşacaqları Madrid "Atletiko” su ilə oyun ərəfəsində azarkeşlərə müraciət edib. "AS” qəzetinə müsahibə verən portuqaliyalı futbolçu final matçında azarkeş dəstəyinə ehtiyaclarının olduğunu vurğulayıb. "Ümid edirəm ki, Lissabona gələcək azarkeşlər bizə real dəstək verəcəklər. Onların mahnı oxumalarını və bizə yüksək səviyyədə dəstək olmalarını istəyirəm. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Əks halda, bizə çox çətin olacaq”.Qeyd edək ki, "Real” - "Atletiko” oyunu mayın 24-də baş tutacaq.