Mayın 21-də Sumqayıtda məhəllə və mikrorayonların komandaları arasında mini-futbol yarışlarının açılış mərasimi olub. Turnir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Ümummilli lider Heydər Əliyevin abidəsi önündə keçirilən mərasimə şəhərin 68 məhəllə və mikrorayonunda təşkil olunmuş 100-dək komandada cəmləşən mindən çox yeniyetmə qatılıb.
Qeyd edək ki, mini-futbol üzrə şəhər yarışları son illər ərzində yenidən qurulan nümunəvi məhəllələrdə inşa edilmiş meydançalarda keçiriləcək.