Mini futbol turnirinin qalibləri müəyyənləşib

Mini futbol turnirinin qalibləri müəyyənləşib

Astara Olimpiya İdman Kompleksində və Suparibağ kəndində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri başa çatıb.
Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə mayın 6-dan 19-dək keçirilən turnirdə 13 komanda iki yarımqrupda qələbə uğrunda mübarizə aparıb. "Suparibağ”, "Astaraçay” və "Kotenaco” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Qaliblərə diplomlar, kuboklar, hədiyyələr və pul mükafatları təqdim edilib.