AZAL klubundan gedən daha bir futbolçunun adına aydınlıq gəlib. Syerre-leoneli futbolçu Samuel Barlay "təyyarəçilər”in heyətindən kənarlaşdırılıb.
O, AZAL-a "Rəvan”dan transfer olunmuşdu. Ötən yay heyətə cəlb olunan yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərə bilmədi. Daha çox zədələrlə yadda qalan afrikalı futbolçu komandanın yeni baş məşqçisi Tərlan Əhmədovun da diqqətini cəlb edə bilməyib.