“İnter” 5 yoxlama oyununda gücünü sınayacaq

“İnter” 5 yoxlama oyununda gücünü sınayacaq

"İnter” klubunun Avstriya toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarının sayına aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan aldığımızı məlumata görə, "bankçılar” Mərkəzi Avropa ölkəsində 5 yoxlama görüşü keçirəcək. Oyunların vaxtı və rəqiblərin adları isə yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, iyunun 1-dən 10-dək Türkiyənin Kartəpə bölgəsində hazırlaşacaq "İnter” toplanışın ikinci mərhələsini Avstriyada həyata keçirəcək. Avstriya hazırlıqları iyunun
13-dən 27-dək davam edəcək.