Komandamızda yeni futbolçu

Komandamızda yeni futbolçu

21 yaşınadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Norveç millisinə qarşı keçiriləcək matçın hazırlıqlarına daha bir futbolçu çağırılıb.
Belə ki, bu həftə bir araya gələn yığmanın təlim-məşq toplanışında "Bakı”nın üzvü Vüqar Mustafayev də iştirak edir. Gənc futbolçu hazırlıqlarda özünü yaxşı tərəfdən göstərərsə, Bakıdakı oyunda meydana çıxacaq.
Qeyd edək ki, Mustafayev EURO-2016-nın seçmə mərhələsində meydana çıxmayıb.