Azərbaycan yığmasının və "İnter”in hücumçusu Vaqif Cavadov karyerasını yenidən Rusiyada davam etdirə bilər. Bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. Rusiyalı həmkarlarımız V. Cavadovla "Rubin”, "Volqa” və "Krılya Sovetov” klublarının maraqlandığını iddia edir.Qeyd edək ki, Vaqif Cavadov 2011-2012-ci illərdə "Volqa”nın formasını geyinib. O, 2000-2007-ci illər ərzində isə Moskva MOİK-inin əvəzedici heyətində də çıxış edib.