Paytaxt klubu çempionatdan kənarlaşdırıldı

Paytaxt klubu çempionatdan kənarlaşdırıldı

AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən "Bakılı” klubuna ağır cəza verib. Bu həftə keçirilən iclasda paytaxt təmsilçisi 2014/15-ci illər mövsümündə ölkə çempionatının aşağı dəstəsində oynamaq hüququndan məhrum edilib.
Bunun səbəbi bakılıların mövsümdə 2-ci dəfə üzrlü əsas olmadan oyuna getməməyidir. Mövsümün sonuncu - XXX turunun "Kəpəz”lə görüşünə getməyən komanda bu dəfə də texniki məğlubiyyət alıb - 0:3.
Qeyd edək ki, "Bakılı” XXIV turun "Şahdağ”la səfər oyununa da getməmişdi.