Hələ heç bir baş hakimə bu laysman qədər məşhurlaşmaq nəsib olmayıb. O, Çempionlar Liqasının hər hansı bir final oyununda deyil, adi bir qarşılaşmadan sonra tanınmış simaya çevrilib. Bu məşhur laysman Braziliya çempionatında yan xətt hakim kimi fəaliyyət göstərən Fernanda Kolombo Ulianadır.
Braziliya çempionatının A seriyası çərçivəsində "Kruzeyro” səfərdə "Atletiko Mineyro”ya 2:1 hesabı ilə məğlub olub. Qonaqlar son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilərdilər, lakin yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alıb. Halbuki həmin an belə bir vəziyyət yox idi.
Ən maraqlısı isə odur ki, oyunun taleyini həll edən həmin yan xətt hakimi Fernando Ulina nüfuzlu Braziliya liqasında məhz debüt matçında belə bir qərar verib.