“Khazar Islands” vaxtından əvvəl çempion oldu

“Khazar Islands” vaxtından əvvəl çempion oldu


Futzal üzrə ölkə çempionatının 1-ci liqasında mübarizə davam edir. Artıq çempionatın başa çatmasına 2 tur qalmış qalibin adı məlum olub. "Avesta” Konserninin təmsilçisi "Khazar Islands” klubu ən yaxın izləyicisini 6 xal qabaqlayaraq, vaxtından əvvəl çempionluğunu bayram edib. Belə ki, hesabat turunda "Əlincə” komandasını 9:4 hesabı ilə məğlub edən "xəzərlilər” rəqibləri üçün əlçatmaz olublar.

Növbəti ildən premyer-liqada çıxış edəcək "Khazar Islands” klubu heyətini gücləndirmək üçün artıq ciddi işlərə başlayıb. Avropanın tanınmış futzalçıları ilə danışıqlara start verən klubun idarə heyəti Premyer-liqadakı rəqabətə tab gətirmək üçün yüksək yerlər uğrunda mübarizəyə inamla qoşulmağı qarşısına məqsəd qoyub.
Milli komandamızın üzvü Elnur Qəmbərovun baş məşqçisi olduğu "Khazar Islands” debüt ilində Premyer-liqaya vəsiqə qazanıb. Komanda çempionat ərzində keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

"AVESTA” Konserninin Mətbuat Xidməti