"Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikelin sözlərinə görə, London klubunda baş məşqçinin dəyişməsindən sonra abu-hava xeyli düzəlib. "Olimpnews.az” Rusiyanın "Sport-Ekspress” qəzetinə istinadən xəbər verir ki, futbolçu Qus Hiddinkin rəhbərliyi altında "mavilər”in hətta ilk dördlükdə yer ala biləcəklərini də deyib.
""Çelsi” daha yerində saymır. Baş məşqçinin əvəzlənməsindən sonra komandada abu-hava xeyli yaxşılaşıb. Mourinyo gözəl məşqçi və əvəzedilməz insandır. Amma futbol bəzən çox amansız olur. Düşünürəm ki, "Çelsi”nin ilk dördlükdə yer almaq üçün şansı vardır”, - deyə Con Obi Mikel bildirib.