Avropada ilin ən yaxşı gənc futbolçusu müəyənləşib.
UEFA-nın "Tvitter" səhifəsində bununla bağlı keçirdiyi sorğuda "Bayer"in (Leverkuzen) 21 yaşlı futbolçusu Hakan Çalhanoğlu qalib olub. O, səslərin 58 faizin toplayıb.
Qeyd edək ki, sorğuda 54 min 502 şəxs iştirak edib.
Xatırladaq ki, H.Çalhanoğlu bu mövsüm oynadığı 27 matçda 6 qol vurub və 8 qola ötürmə edib.