Almaniyada bir nəfər özünü futbolçu Məsut Özilin ögey bacısı olduğunu iddia edib.
"Bild" qəzetinin verdiyi məlumata görə 25 yaşlı Denise adlı qadın M.Özilin atası Mustafa Özilin onun atası olduğunu bildirib və bunu sübuta yetirmək üçün məhkəməyə müraciət edib.
Qəzetə müsahibəsində beş yaşlı uşaq anası olan Denise K. deyib: "Məsutun və ailənin digər üzvləri mənim haqqımda məlumatlıdırlar. Onlar hamısı mənə qarşı soyuqluq ediblər. Atam Gülizar Özillə evli olanda mənim anamla da münasibətləri olub. 11 yaşım olanda anam dünyasını dəyişdi. Atam həmişə məni öz ətrafındakılara tanışının qızı kimi qələmə verirdi. Bu isə mənə çox ağır gəlirdi".
Qeyd edək ki, Denise K.-nın Məsutun atasına qarşı məhkəmə iddiasına bu il baxılacaq.