Ən "darıxdırıcı" stadion

Ən "darıxdırıcı" stadion



İngiltərə jurnalistləri cari mövsümdə "Old Trafford"u "ən darıxdırıcı" stadion elan ediblər.

"Olimpnes.az” "goal.az”-a istinadən xəbər verir ki, bu stadionda mövsümün ilk dövrəsində cəmi 13 qol vurulub. Daha sonra "Ewood Park" (Blackburn Rovers), "Deepdale" (Preston North End) və "Stadium of Light" gəlir. Hər 3 arenada azarkeşlər cəmi 18 qol izləyiblər. İngiltərənin 4 divizonu içində ən "baxımlı" stadion aşağı dəstədə mübarizə aparan "Peterbrough" klubunun "London Road" arenası (45 qol) seçilib. "Goodison Park" və "Etihad Stadium"da cari mövsümün ilk yarısında 41 top vurulub.