"Xəzər Lənkəran” komandasının yarandığı vaxtdan bu günə kimi qazandığı uğurlar klubun muzeyində nümayiş olunur.
Olimpnews.az saytının məlumatına görə, "Xəzər Lənkəran” futbol klubunun muzeyi 2009-cu il sentyabrın 5-dən fəaliyyət göstərir. Muzeydə futbolçuların qazandığı diplom və medallar sərgilənir.
Bayram günlərində buraya gələnlərin sayı daha da artıb. Yarandığı gündən Azərbaycan Premyer Liqasında çıxış edən "Xəzər-Lənkəran” futbol klubunun muzeyində nümayiş etdirilən eksponatlar rayona gələn qonaqlarla yanaşı, azarkeşlərin də marağına səbəb olur.