“Real” lideri Ronaldonu 60 milyona satacaq

“Real” lideri Ronaldonu 60 milyona satacaq



Madridin "Real” klubu öz lideri portuqaliyalı hücumçu Kriştianu Ronaldonu bu yay 60 milyon avroya satmağa hazırlaşır.

Transferə klubun prezidenti Florentino Peresin heyəti ciddi surətdə yeniləmək, həmçinin əməkhaqqı cədvəlini yüngülləşdirmək istəyi səbəb olub.

Xatırladaq ki, 30 yaşlı Ronaldo Madrid klubunda 2009-cu ildən çıxış edir. O, klubun heyətində 323 oyun keçirib, 338 qol vurub və 109 məhsuldar ötürmə edib. Hücumçunun potensial alıcıları sırasında Fransanın "PSJ” və İngiltərənin "Mançester Yunayted” klublarının adı çəkilir.