Millimiz turnirə 1 xalla başladı - YENİLƏNİB

Millimiz turnirə 1 xalla başladı - YENİLƏNİB

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Olimpnews.az saytının məlumatına görə, komandamız Latviya millisi ilə münasibətlərinə aydınlıq gətirib.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda hesabı təmsilçimiz açıb. Matçın 41-ci dəqiqəsində Pilağa Mehdiyev fərqlənib. Amma yığmamız qələbə hesabını qoruya bilməyib. Qoldan 3 dəqiqə sonra latviyalılar penaltidən fərqləniblər.

İkinci hissədə tərəflərin səyinə baxmayaraq, 1:1 hesabı sonadək dəyişməyib. Beləliklə, yığmamız turnirə heç-heçə ilə başlayıb.

4 yanvar
Azərbaycan - Latviya - 1:1
Qollar: Pilağa Mehdiyev, 41 - Roberts Uldrikis, 44 (pen.).