Rafael Benitez “Real”dan ayrıldı

Rafael Benitez “Real”dan ayrıldı



Madridin "Real” klubu baş məşqçi Rafael Benitez ilə yollarını ayırıb.
Mövsümün əvvəlində "kral klubu”nun sükanı arxasına keçən Benitezin qovulmasına səbəb "Real”ın son turlarda əldə etdiyi qeyri-qənaətbəxş nəticələr olub. Rafael Benitezin komandadan qovulması barədə qərar bu gün keçirilən klubdaxili toplantıda verilib. Onu bu postda Zinəddin Zidan əvəzləyəcək. Fransa futbolunun əfsanəsi hazırda "Real Kastilya”nın baş məşqçisidir.