"Sumqayıt" klubu Topaz Premyer Liqasının ikinci yarısı üçün hazırlığa yanvarın 5-dən başlayacaq. Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar” bu gündən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcəklər.
Samir Abasovun yetirmələri bu gün saat 14:00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaqlar.
Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur.
"Gənclik şəhəri”nin təmsilçiləri yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" AZAL-a səfərdə qarşılaşacaq.