FİFA-nın baş katibi ittiham olunur

FİFA-nın baş katibi ittiham olunur



FİFA-nın Etika Komissiyası təşkilatın baş katibi Jerome Valçkenin 9 il futboldan kənarlaşdırılması və 99 min dollar cərimə edilməsini məsləhət görüb.
Rusiya mətbuatının yazdığına görə, yanvarın 5-də onun fəaliyyətinə qoyulmuş 90 günlük qadağa bitib.
Jerome 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına bilet satışında yol verilən qanunsuzluq və fırıldaqçılıqda ittiham olunur.
2015-ci ilin sonlarında FİFA ətrafında baş verən korrupsiya qalmaqalına görə, təşkilatın rəhbəri Blatter və UEFA prezidenti Platini də daxil olmaqla bir sıra FİFA rəsmiləri işdən kənarlaşdırılıb və bir neçəsi barəsində cinayət işi açılıb.
Buna görə təşkilatın Sürixdəki baş ofisində yoxlama aparılıb, komputer və sənədlər götürülüb.
İlk istintaq ABŞ-da , sonra isə İsveçrədə başlayıb.