Neymar Rio-2016 Olimpiadasında çıxış edəcək

Neymar Rio-2016 Olimpiadasında çıxış edəcək


Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Braziliya milli komandasının 23 yaşdan yuxarı 3 futbolçusu müəyyənləşib.
Baş məşqçi Dunqa İspaniya "Barselona"sının hücumçusu Neymarı yığmaya çağırmağı qərara alıb.

Digər oyunçular isə İtaliya "İnter"inin müdafiəçisi Miranda ilə Brazliya "İnternasyonal"ın qapıçısı Alisondur.

Qeyd edək ki, olimpiada çərçivəsində keçirilən futbol turnirində hər bir yığma heyətinə 23 yaşdan yuxarı 3-dək futbolçu daxil edə bilər. Rio-2016 Yay Olimpiya Oyunlarında futbol matçları avqustun 3 - 20 avqustunda Braziliyanın Rio-de-Janeyro, San-Paulu, Minas-Jerays, Baiya, Riu-Qrandi-du-Sul və Braziliya Federal Dairəsində keçiriləcək.