“Bursaspor”un yeni stadionu “Azərbaycan Arena” adlana bilər

“Bursaspor”un yeni stadionu “Azərbaycan Arena” adlana bilər

Türkiyənin "Bursaspor” klubunun yeni stadionunun adı "Azərbaycan Arena” ola bilər. Olimnews.az-ın Sporx.com saytına istinadən yaydığı məlumata görə, bunu klub prezidenti vəzifəsinə namizədlərdən biri olan Timur Noyan deyib.

O bildirib ki, bu ay keçiriləcək seçkilərdən qalib ayrılarsa, yeni stadionun adı "Azərbaycan Arena” ola bilər.

Qeyd edək ki, "Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-u aralığında keçiriləcək. Ötən ayın 21-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan tərəfindən açılışı edilən arena 45 min tamaşaçı tutumuna malikdir.