
FİFA 2015-ci ilin ən yaxşı futbolçusunun təltif olunma mərasimində verilən prezident mukafatını ləğv edib.
"Olimpnews.az” "Report”a istinadən xəbər verir ki, gələn il keçiriləcək mərasimdən etibarən bu mükafatın verilməsi bərpa olunacaq. Prezident mükafatı ilk dəfə 2001-ci ildə FİFA-nın sabiq rəhbəri Yozef Blatterin təşəbbüsü ilə təqdim olunub.
Qeyd edək ki, 2015-ci il dekabrın 21-də FİFA-nın Etika Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini futbolla bağlı istənilən fəaliyyətdən 8 il müddətinə kənarlaşdırıb. Hazırda ali futbol qurumunda bu səlahiyyətləri müvəqqəti olaraq, Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatu yerinə yetirir. O, yanvarın 11-də keçiriləcək "Qızıl top" sahibinin mükafatlandırılma mərasimində giriş nitqi ilə çıxış edəcək.