"Barselona"nın futbolçusu Lionel Messi bu mövsüm La Liqada ilk het-trikə imza atıb.
18-ci turda "Qranada"ya qarşı matçda baş verib. Argentinalı hücumçu 8, 14 və 58-ci dəqiqələrdə fərqlənib. Bu, onun, cari mövsümdə ölkə çempionatında ilk het-triki olub.
Qeyd edək ki, Messi ötən mövsüm La Liqada "Sevilya", "Espanyol", "Deportivo" və "Levante" ilə matçlarda 3 qol vurub.
İspaniya La Liqası
XIX tur
9 yanvar
"Barselona" - "Qranada" - 4:0
Qollar: Messi, 8, 14, 58, Neymar, 82
"Xetafe" - "Betis" - 0:0
"Sevilya" - "Atletik" B. - 1:0
Qol: Qameyro, 24
"Real" - "Deportivo" - 5:0
"Levante" - "Rayo Valyekano" - 2:1