Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən yaxşı qapıçısını müəyyənləşdirib. Olimpnews.az saytının məlumatına görə, ötən ilin də ən güclü qapıçısı Manuel Noyer seçilib.
İFFHS-nin keçirdiyi səsvermə zamanı almaniyalı qapıçı rəqibsiz olub. Belə ki, o, ən yaxın izləyicisi olan Canluici Buffondan 110 xal çox xal toplayıb. İlk "üçlüy”ü isə Klaudio Bravo tamamlayıb.
İlk "onluq”da ən çox qapıçılarla Almaniya və İspaniya təmsil olunub. Hər iki ölkənin iki əlçək sahibi ən yaxşılar arasında özünə yer edib.
Qeyd edək ki, "Barselona” yeganə klubdur ki, hər iki əlcək sahibi "onluğ”a düşüb.
Ən yaxşı qapıçılar
1. Manuel Noyer ("Bavariya” / Almaniya) - 188 xal
2. Canluici Buffon ("Yuventus” / İtaliya) - 78
3. Klaudio Bravo ("Barselona” / Çili) - 45
4. David De Xea ("Mançester Yunayted” / İspaniya) - 34
5. Tibo Kurtua ("Çelsi” / Belçika) - 24
6. Petr Çex ("Çelsi” - "Arsenal” / Çexiya) - 18
7. Marselo Barovero ("River Pleyt” / Argentina) - 12
8. Mark-Andre Ter Ştegen ("Barselona” / Almaniya) - 7
9. İker Kasilyas ("Real” - "Portu” / İspaniya) - 6
10. Daniel Subaşiç ("Monako” / Xorvatiya) - 4