Futbol klubunun avtobusu çaya düşdü

Futbol klubunun avtobusu çaya düşdü



Meksikanın Kordoba şəhəri yaxınlığında bədbəxt hadisə baş verib.
Ölkənin həvəskar komandalarından birininin avtobusu çaya aşıb. Nəticədə 20 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Sürücü idarəetməni itirib və avtobus çaya aşıb. Meksika prezidenti Enrike Penya Nyeto hadisə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib.