Rusiyanın "Amkar" klubunda çıxış edən Feqor Oqudenin həyat yoldaşı oğurlandıqdan 6 gün sonra evinə buraxılıb.
Qadının azad olunması barədə informasiyanı Nigeriyanın U-23 yığmasının məşqçisi Timi Ebikaqboro yayıb. Oqude ailəsi ilə dostluq edən mütəxəsis bu barədə özünün "twitter” səhifəsində məlumat verib.
Quldurlar ötən həftə qaçırılan Memunat Oqude üçün girov tələb etmişdilər.