Azərbaycan milli komandası FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə çıxışını başa vurub. Olimpnews.az saytının məlumatına görə, yarışda iştirak edən 17 yaşınadək futbolçulardan ibarət komandamız turnirin son günündə Belarusun U-19 komandası ilə qarşılaşıb.
Bu, 7-ci yer uğrunda oyunda baş tutub. Təbriz Həsənovun yetirmələri qarşılaşmada ilk qolu vursa da, üstünlüyünü qoruya bilməyib.
Matçın sonlarında 2 qol vuran Belarus yığmamıza ardıcıl ikinci məğlubiyyəti yaşadıb. Bu qələbə belaruslulara 7-ci olmaq imkanı verib. Komandamız isə turniri 8-ci pillədə başa vurub.
7-8-ci yerlər uğrunda oyun
Azərbaycan - Belarus - 1:2
Qollar: Doğukan Öksüz, 45 - Sergey Diçenkov, 77, Vitali Lisakoviç, 85.