Millimiz yenidən “Vindzor Park”da oynayacaq

Millimiz yenidən “Vindzor Park”da oynayacaq

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Olimpnews.az saytının məlumatına görə, Şimali İrlandiya - Azərbaycan qarşılaşması "Vindzor Park” stadionunda keçiriləcək.

Matç gələn il noyabrın 11-də Belfast şəhərində təşkil olunacaq.

1905-ci ildə inşa olunan bu arena 24 734 tamaşaçı tutumuna malikdir. Meydanının ölçüləri 100 m x 68 m olan stadionda "Linfild” klubu və Şimali İrlandiya yığması ev oyunlarını keçirir.

Xatırladaq ki, Azərbaycan millisi 3 il əvvəl DÇ-2014-ün seçmə mərhələsinin görüşünü də bu arenada keçirib. 2012-ci ilin noyabrındakı görüşdə qalib müəyyənləşməmişdi - 1:1.