İngiltərənin "Derbi Kaunti" futbol klubunun 21 yaşlı azarkeşi 15 oyunun nəticəsini düz taparaq madii vəziyyətini xeyli yaxşılaşdırıb.
"The Mirror"ın yazdığına görə, gənc fanat 96 funt sterlinq pul qoyuluşu əvəzində 306 min 139 funt sterlinq qazanıb.
Oyunların çoxu İngiltərə Kubokuna təsadüf edib. Bəzi nəticələr, məsələn, "Oksford"un Premyer Liqa təmsilçisi "Suonsi" üzərində qələbəsi gözlənilməz olub.
Qalib azarkeş qazandığı pulu atasının ipoteka borcuna və istirahətə xərcləyəcəyini açıqlayıb.