Beynəlxalq İdman Çalışmalar Mərkəzi (CİES) dünyanın ən zəngin futbolçularının siyahısını açıqlayıb.
Olimpnews.az saytının məlumatına görə, karyerasını davam etdirən oyunçular arasında ən varlısı Lionel Messidir.
Qurum oyunçuların klub və yığmadakı durumunu, müqavilələrini və onların müddətlərini, yaşlarını, həmçinin göstərdiyi oyunları hərtərəfli araşdırıb. Məlum olub ki, futbolçu kimi qazancı 250 milyon 700 min avro olan Messi hazırda bütün həmkarlarından varlıdır. Onu "Barselona”dakı komanda yoldaşı Neymar və "Çelsi”nin lideri Eden Azar izləyirlər. Sərvəti 100 milyon avrodan çox olan digər oyunçu isə Kriştianu Ronaldodur.
Ən varlı oyunçuların siyahısında "Barselona”nın 3 futbolçusunun da adı var. Belə ki, Messi və Neymar ilk iki sırada, Kataloniya klubunun digər hücumçusu Luis Suares isə 8-ci pillədə qərarlaşır.
Maraqlıdır ki, ən varlı 10 futbolçudan 5-i hazırda İngiltərədə, 5-i isə İspaniyada çıxış edir.
Ən zəngin futbolçular
1. Lionel Messi ("Barselona” / Argentina) - 250 milyon 700 min avro
2. Neymar ("Barselona” / Braziliya) - 150 milyon 700 min
3. Eden Azar ("Çelsi” / Belçika) - 130 milyon 500 min
4. Kriştianu Ronaldo ("Real” / Portuqaliya) - 114 milyon
5. Harri Keyn ("Tottenhem” / İngiltərə) - 90 milyon 300 min
6. Rahim Sterlinq ("Mançester Siti” / İngiltərə) - 89 milyon 800 min avro
7. Antuan Qrizmann ("Atletiko” / Fransa) - 88 milyon 300 min avro
8. Luis Suares ("Barselona” / Uruqvay) - 86 milyon 300 min
9. Serxio Aquero ("Mançester Siti” / Argentina) - 82 milyon 100 min avro
10. Aleksis Sançes ("Arsenal” / Çili) - 81 milyon 900 min