İtaliyanın Udine şəhərində yenidən qurulmuş "Friuli” stadionunun adı bu il yanvarın 17-də dəyişdirilərək "Dacia Arena” adlandırılacaq. Olimpnews.az saytının məlumatına görə, həmin gün adı təzələnən stadionda "Udineze” və "Yuventus” futbol klubları qarşılaşacaq.
Xatırladaq ki, Rumıniyanın "Dacia” avtomobil şirkəti "Udineze” klubu ilə 7 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən stadionun "Dacia Arena” adlandırılmasına görə şirkət kluba ildə 500 min avro ödəyəcək. 25 min yerlik stadionun yenidən qurulması 25 milyon avroya başa gəlib.