Dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" klubu təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirmək üçün qonşu ölkəyə yola düşüb.
Olimpnews.az saytının məlumatına görə, komanda səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb.
Yerli vaxtla saat 14:00-da adıçəkilən şəhərə çatan komanda "The Sense Deluxe" hotelində məşkunlaşıb. "Sumqayıt” klubu bu gündən etibarən qonşu ölkədə 1 həftəlik təlim-məşq toplanışına start verəcək.
Qeyd edək ki, komanda Antalyada olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.