
Venesuela milli komandasının futbolçusu Edqar Ximenes 2 il müddətinə diskvalifikasiya olunub. Olimpnews.az saytının məlumatına görə, buna 31 yaşlı yarımmüdafiəçinin dopinq qəbul etməsi səbəb olub. Ötən il Cənubi Amerika Kuboku matçlarının birindən sonra götürülmüş dopinq-test nəticəsində onun oktopamin maddəsindən yararlandığı üzə çıxıb.
Qeyd edək ki, Venesuelanın "Korabobo” klubunda çıxış edən Edqar Ximenes yığmada 9 oyun keçirib.