Hazırda Hindistan çempionatında çıxış edən "Dehli Dinamos”unun braziliyalı baş məşqçisi Roberto Karlos məşqçi karyerasını keçmiş komandası "Real”da davam etdirməyə çox yaxındır.
Olimpnews.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatına açıqlamasında 42 yaşlı mütəxəssisin özü məlumat verib.
O, "Real”da işləməyin şərəfli iş olduğunu bildirib: "Real”da işləmək mənim üçün böyük şərəf olar. Madrid klubu ilə danışıqlar aparmışam. Vaxtım var. Danışıqlar başa çatdıqdan sonra qərarımı açıqlayacağam”.
Qeyd edək ki, Karlosun "Real”da idman direktoru olacağı gözlənilir.