Millimizin oyunlarının tarixi bəlli olub

Millimizin oyunlarının tarixi bəlli olub


21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi "Antalya Cup” turnirinin püşkü atılıb. Olimpnews.az saytının məlumatına görə, püşkatmadan sonra turnirin təqvimi müəyyənləşib.

Qeyd edək ki, turnirdə Azərbaycan, Ukrayna və Albaniyanın U-21, Bəhreynlə Səudiyyə Ərəbistanının U-20 komandaları çıxış edəcək.

22 yanvar
19:00. Azərbaycan U-21 – Ukrayna U-21
"Arkadia” otelinin "C” meydançası

24 yanvar
17:00. Azərbaycan U-21 – Səudiyyə Ərəbistanı U-20
"Arkadia” otelinin "C” meydançası

26 yanvar
13:00. Azərbaycan U-21 – Albaniya U-21
"Su Səsi” otelinin "A” meydançası

28 yanvar
13:00. Azərbaycan U-21 – Bəhreyn U-20
"Su Səsi” otelinin "A” meydançası