Bu gün 21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup” turnirində ilk oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, komandamız 5 millinin iştirak etdiyi turnirə Ukrayna yığması ilə görüşlə start verib.
Matçın gedişində hesabda geri düşən Yaşar Vahabzadənin yetirmələri sonradan özündə güc taparaq iki qol vurublar. Namiq Ələsgərov əvvəlcə oyunun 58-ci dəqiqəsində penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Matçın 85-ci dəqiqəsində isə "Kəpəz"in yeni üzvü ikinci qolunu vuraraq, yığmamıza qələbə qazandırıb.
"Antalya Cup” turniri
I tur
22 yanvar
Azərbaycan U-21 – Ukrayna U-21 - 2:1
Qollar: Namiq Ələsgərov, 58 (pen.), 85 - Yevgeni Çumak, 49.
"Arkadia” otelinin "C” meydançası