Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilir.
Olimpnews.az saytının məlumatına görə, yanvarın 21-də və 22-də növbəti iclasını keçirən UEFA-nın İcraiyyə Komitəsi qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verib. FIFA prezidenti vəzifəsinə namizəd Gianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov tədbirdə iştirak edir.