“Qarabağ”ın yarımmüdafiəçisi Yunanıstan klubuna keçdi

“Qarabağ”ın yarımmüdafiəçisi Yunanıstan klubuna keçdi
Ağdamın "Qarabağ” futbol klubundan qarşılıqlı razılıq əsasında ayrılan Çumbinyo karyerasını Yunanıstanda davam etdirəcək.

Olimpnews.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi keçmiş komandası "Atromitos”a qayıdıb. Kluba azad agent kimi keçən Çumbinyo 1 il 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, 2013-cü ildə "Qarabağ”a keçməmişdən əvvəl Çumbinyonun son klubu məhz "Atromitos” olmuşdu. Təcrübəli futbolçunun həmin vaxt transfer hüququ "Olimpiakos”a məxsus olsa da, 2012/2013-cü illər mövsümünü icarə əsasında məhz hazırkı komandasında keçirmişdi.