24 yaşlı futbolçu ən yaxşı futbolçu seçilib

24 yaşlı futbolçu ən yaxşı futbolçu seçilib




"Leyçester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez 2015-ci ildə Əlcəzairin ən yaxşı futbolçusu seçilib. "Al Haddaf" qəzetinin Ərəb dünyasının futbol ictimaiyyəti arasında keçirdiyi səsvermədə 24 yaşlı oyunçu ilk dəfə analoji mükafata sahib çıxıb.
Mahrez "Porto"nun futbolçusu Yasin Brahimi və "Sportinq"li İslam Slimanini qabaqlayıb. Mahrezə mükafatı yaxın keçmişin tanınmış futbolçusu Məhəmməd Abu Trika təqdim edib.
Qeyd edək ki, ötən il bu mükafat Yasin Brahimiyə nəsib olub.