Ötən həftə Bakı şəhər kənd və qəsəbələrin 16 yaşından yuxarı həvəskar futbolçular arasında qış və yaz birinciliyinin 3-cü turu keçirilib. Olimpnews.az saytının məlumatına görə, AFFA, Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda qalib adı uğrunda mübarizə aparırlar.

Turnirin 3-cü turunda "Binə” və "Ələt” komandaları qarşılaşıblar. Oyun birincilərin 7:3 hesablı qələbsi ilə başa çatıb. Bu qələbə ilə Binə təmsilçisi liderliyini davam etdirib. "Sabunçu” - "Qobustan” komandalarının matçında da böyükhesablı qələbə qeydə alınıb. Bu dəfə qonaqlar qələbəni bayram ediblər - 1:7. Turun digər matçında "Balaxanı” "Atəşgah” klubunu qəbul edib. Matç Yeni Suraxanı təmsilçisinin qələbəsi ilə başa çatıb (4:7).
21 yanvar
"Binə” - "Ələt” - 7:3
"Balaxanı” - "Atəşgah” - 4:7
23 yanvar
"Ələt” - "Gənclik” - 2:2
24 yanvar
"Sabunçu” - "Qobustan” - 1:7
"Rabotniçki” - "Binə” - 1:6
27 yanvar
"Qobustan” - "Ələt”
28 yanvar
"Sabunçu” - "Gənclik”
29 yanvar
"Binə” - "Balaxanı”
31 yanvar
"Atəşgah” - "Rabotniçki”
Bombardir
Ramil Rəhimov ("Binə”) 9 qol