“Kral klubu” transferlərə 300 milyon avro vəsait ayıracaq

“Kral klubu” transferlərə 300 milyon avro vəsait ayıracaq

Madridin "Real” klubunun prezidenti Florentino Peres komandası üçün alınacaq yeni futbolçuların transferinə ümumilikdə 300 milyon avro vəsait xərclənə biləcəyini açıqlayıb.

Olimpnews.az saytının məlumatına görə, İspaniya təmsilçisi artıq Münhenin "Bavariya” futbol komandasından olan hücumçular Robert Levandovski və Mario Götse ilə danışıqlar aparır. Bundan əlavə, "Kral klubu” PSJ-nin forvardı Edison Kavaninin də transferində maraqlıdır.