600 min avroluq avtomobili ilə qəza törətdi

600 min avroluq avtomobili ilə qəza törətdi


Almaniyanın "Şalke” klubunun futbolçusu Maks Mayer yol-nəqliyyat qəzasının səbəbkarı olub. Olimpnews.az saytının məlumatına görə, hadisə ABŞ-ın Mayami şəhərində baş verib.

600 min avroluq "Lamborghini” avtomobilinin sükanı arxasında olan 20 yaşlı yarımmüdafiəçi yolda idarəetməni itirib. Nəticədə maşın əvvəlcə yol kənarındakı səddə, sonra isə digər avtomobilə çırpılıb.

Qəzada heç kim xəsarət almasa da, avtomobilin təmiri 400 min avroya başa gələcək. Lakin futbolçu cəmi 2 min avro ödəyəcək. Qalan xərci sığorta şirkəti qarşılayacaq. Mayer polisə 30 avro cərimə də verəcək.