Millimiz 3-cü qələbəsini qazandı

Millimiz 3-cü qələbəsini qazandı

21 yaşınadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə keçirilən "Antalya cup” turnirində 3-cü oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, yığmamız Albaniyadan olan həmyaşıdları ilə qarşılaşıb.

4 xala malik albaniyalılar liderlik arzusunda olsa da, Yaşar Vahabzadənin yetirmələri rəqibin arzusunu gözündə qoyub. Qarşılaşmada rəqibin qapısından 4 cavabsız qol keçirən millimiz liderliyini möhkəmlədib. Bütün qollarını 2-ci hissədə vuran yığmamızın hesabında 9 xal var.

"Antalya cup” turniri
III tur
26 yanvar
Azərbaycan (U-21) – Albaniya (U-21) - 4:0
Qollar: Vüqar Mustafayev, 63, Azər Salahlı, 73, Kamal Mirzəyev, 80, Kamran Abdullazadə, 90+2.
Qırmızı vərəqə: Esin Hakay, 65.
"Su Səsi” hotelinin "A” meydançası