"Deloitte” şirkəti 2015-ci ildə ən çox gəlir əldə edən 20 futbol klubunun adını açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, siyahıya, ötən il olduğu kimi Madridin "Real” klubu başçılıq edir (567 milyon avro).
İkinci yerdə "Barselona” klubudur (560,8 milyon avro). Üçüncü pillədə isə İngiltərənin "Mançester Yunayted” klubu qərarlaşıb (519,5 milyon avro).
İlk onluqda həmçinin PSJ (Fransa), "Bavariya” (Almaniya), "Mançester Siti”, "Arsenal”, "Çelsi”, "Liverpul” (İngiltərə) və "Yuventus” klublarının adı yer alır.
Qeyd edək ki, ən çox qazanan 20 klubun siyahısında İngiltərə Premyer-liqasının 9 təmsilçisinin adı var.