“Real” Neymarı istəyir

“Real” Neymarı istəyir



Madridin "Real” komandası "Barselona”nın hücumçusu Neymarı öz heyətinə cəlb etmək niyyətindədir. "Real” 24 yaşlı futbolçuya 5 il müddətinə rekord məbləğdə - hər il 35 milyon avro təklif edir.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu braziliyalı futbolçunu "Real”a cəlb etməkdə şəxsən Madrid komandasının prezidenti Florentino Peres maraqlıdır. Peres öz niyyətini həyata keçirmək xatirinə hətta bu klubun əsas ulduzu sayılan Kriştianu Ronaldu ilə vidalaşmağa hazırdır.
Neymar "Barselona”ya 2013-cü ildə keçib. Bu mövsümdə o, 25 matçda 20 qol vurub.
Neymarın "Barselona” ilə kontraktının müddəti 2018-ci ilin yayında başa çatır. Bu kontrakt üzrə nəzərdə tutulan dəbbə pulu 190 milyon avrodur.