AFFA rəsmiləri idman jurnalistləri ilə görüşdülər

AFFA rəsmiləri idman jurnalistləri ilə görüşdülər

Bu gün AFFA rəsmiləri ilə elektron idman mətbuatının nümayəndələri arasında görüş keçirildi. Olimpnews.az saytının məlumatına görə, "Boulevard Hotel Baku” hotelində təşkil olunan görüşdə elektron idman KİV-in hazırkı durumu müzakirə edildi.

İclasda AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da iştirak etdi. Tərəflər arasında uzun müzakirələr aparıldı.