"Çelsi"yə transfer qadağası qoyula bilər

"Çelsi"yə transfer qadağası qoyula bilər



"Çelsi"yə transfer qadağası qoyula bilər.

Buna səbəb kimi klubun Bertrand Traorenin transferində qanun pozuntusuna yol verməsi göstərilir. Məsələ ilə bağlı FİFA araşdırmaya başlayıb.

İngiltərə Futbol Federasiyası və Peşəkar Futbol Liqası da "Çelsi"nin bu transferdə səhv yol vermədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl 2010-cu ildə Gael Kakutaya görə London klubuna transfer qadağası qoyulması istənilmiş, ancaq "Çelsi"nin etirazından sonra cəza ləğv edilmişdi.

Xatırladaq ki, FİFA bir müddət öncə "Real" və "Ateltiko"ya 18 yaşadək futbolçuların keçidindən qayda pozuntusuna yol verdiyi üçün transfer qadağası qoyub. Qərara əsasən, Madrid klubları bu ilin yayı və gələn qış oyunçu ala bilməyəcəklər.