"Barselona”nın ulduz futbolçusu Lionel Messinin axtarışı öz nəticəsini verib.
Xarici mətbuatın yazdığına görə, bir müddət öncə Argentina yığmasının rəngləri çəkilən və arxasına "Messi” yazılan selofan torbanı geyinərək şəkil çəkdirən azarkeş İraqda tapılıb.
Axtarışlar nəticəsində məlum olub ki, Lionel Messinin ən böyük heyranı hesab edilən həmin yeniyetmə Homen Əli İraqın Dohuk bölgəsində yaşayır. Maraqlıdı ki, həmin şəklin iki il öncə çəkildiyi üzə çıxıb.
Messi həmin uşağa "Barselona”da geyindiyi formasını hədiyyə edib.